18 İyul, 2014
Təyyarədə həlak olanların ailəsinə 5 min dollar veriləcək

“Malaysia Airlines” aviaşirkəti Ukrayna üzərində uçan “Boeing 777” təyyarəsinin vurulması nəticəsində həlak olan sərnişinlərin qohumlarına ilkin kompensasiya kimi 5 min dollar odəyəcək.

Simsar.az-ın məlumatına görə, bu haqda “Malaysia Airlines” aviaşirkətinin vitse-prezidenti Xeyb Qorter bildirib.

"Hər bir sərnişin üçün qohumları ilkin kompensasiya kimi 5 min dollar alacaqlar", - deyə şirkətinin vitse-prezidenti deyib.

O bildirib ki, təyyarə 11 iyulda texniki xidməti keçib və faciə dəqiqəsinədək saz vəziyətdə olub.

Son məlumatlara görə, təyyarənin içində sərnişinlərin arasında Niderland vətəndaşları coxluq təşkil edib: 189 insan.

Malayziya -29, Avstraliya - 27, İndoneziya - 12 insan. Həmçinin təyyarədə Böyük Britaniyanın 9, Almaniyanın 4, Belçikanın 4, Filippinin 3, Kanada və Yeni Zelandiyanın isə 1 vətəndaşı olub. 4 insan tanınmamış qalır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!