18 İyul, 2014
Ölən fələstinlilərin sayı 271-ə çatdı

İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlarda 271 nəfər ölüb, 2050 nəfər isə yaralanıb.

Simsar.az-ın məlumatına görə, bunu Fələstin Hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra bildirib.

Onun sözlərinə görə, son saatlarda İsrailin qurudan və havadan təşkil etdiyi hücumlarda 5 adam öldürülüb.

"İsrailin dünəndən başladığı quru əməliyyatlar nəticəsində 29 nəfər ölüb, 200 adam yaralanıb".

Qeyd edək ki, Qəzza zolağında ölənlərin əksəriyyəti qadınlar, yaşlılar və uşaqlardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!