18 İyul, 2014
26 yaşlı gəncin meyiti dənizdən tapıldı

Dənizdə batan 26 yaşlı gəncin meyiti tapılıb.

Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə, "Xəzər" sularda xilasetmə postundan təxminən 600 metr məsafədə, nəzarət olunmayan ərazidə batmış 1988-ci il təvəllüdlü Heydər Afiq oğlu Babayevin axtarışları başa çatıb.

H.Babayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Qaradağ rayonunda dənizdə isə "Qaradağ-1" sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin "Qaradağ-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!