18 İyul, 2014
Təyyarəni vuran “Buk” zenit Rusiyaya qaçırılıdı

Dünən Malayziya təyyarəsini vuran “Buk” zenit –raket kompleksi hava qaralan kimi Rusiyaya keçirilib.

Bu barədə Ukrayna xaruici işlər nazirinin məsləhətçisi Anton Geraşşenko məlumat verib.

Simsar.az espreso.tv-yə istinadla xəbər verir ki,  bu gecə separatçıların lideri “Strelok” ləqəbli İqor Qirkin ərazidə olub, izi itirmək məqsədi ilə Malayziya təyyarəsinə atəş açan qurğu Rusiyaya keçirilib. Çox ehtimal ki, qurğunun da, terror aktını törədənlərin də orada məhv edilməsi nəzərdə tutulub.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!