18 İyul, 2014
İstedadlı uşaqların məktəbə qəbuluna start verilir

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ – nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq 20 iyul 2014 – cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılacaq. Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, elektron ərizələrin qəbulu avqust ayının 20 – dək davam edəcək.

Elektron ərizə qəbulu üçün vətəndaşlar bu linkdən istifadə etməklə öz uşaqlarını  qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!