18 İyul, 2014
Azərbaycanda telekanalın lisenziyası uzadıldı

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Simsar.az xəbər verir ki, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

İdman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!