18 İyul, 2014
Merkel Hitler ənənəsini təkrarlamayacaq

“Biz İsrailin tərəfindəyik”

İsrailin Qəzzaya hücumunun davam etdiyi bir vaxtda Almaniya gözlənilməz mövqe ortaya qoyub. Belə ki, kansler Angela Merkel “Biz İsrailin tərəfindəyik” deyib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Baş kansler bu sözləri ilə yəhudilərə açıq dəstəyini açıqlayıb. “Barış üçün iki tərəf də özündən nələrsə verməlidir. Ancaq özünümüdafiə hər kəsin hüququ olduğundan biz İsrail tərəfindəyik”.

Digər tərəfdən isə İsrail Baş naziri Benyamin Netanyahu səhər verdiyi açıqlamada İsrail ordusunun Qəzza istiqamətindəki əməliyyatları genişləndirməyə hazır olduqlarını bildirib.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!