18 İyul, 2014
“Azadlıq” radiosunun rəhbəri dəyişdi

“Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb.  Babək Bəkiri bu vəzifədə tanınmış jurnalist Zeynal Məmmədli əvəz edəcək.

Qeyd edək ki, Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanın Güllübulaq kəndində dünyaya göz açıb. Uşaq yaşlarından Bakıda yaşayır. 1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alıb. 1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb.1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub. 1992-2008-ci illərdə “Azadlıq”, “PressFakt” və digər qəzetlərdə məsləhətçi-redaktor, “İnternyus” təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb. 1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır.1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir. “MassMediada yaradıcı menecment” sahəsində tədqiqat aparır. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və eləcə də ayrı-ayrı xarici təşkilatların jurnalist mükafatlarına layiq görülüb.

Simsar


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!