18 İyul, 2014
Misir Türkiyəni günahlandırdı

Misir, Qəzzada atəşkəsin baş tutmamasında Türkiyə, Qətər və Həması günahlandırıb. Misir xarici işlər naziri Samih Şükrü deyib ki, Misirin İsrail və Fələstin arasında atəşkəs təklifini baltalamaq üçün Türkiyə və Qətər oyun oynayıb: “Həmas Misirin atəşkəs təklifini qəbul etsəydi, ən az 40 fələstinlinin həyatını xilas edərdi”.

Türkiyə günahkardır

Buna bənzər bir günahlandırma dünən İsrail xarici işlər naziri Avigdor Lieberman tərəfindən ortaya atılmşdı. Liberman, Türkiyə və Qətəri, Misirin atəşkəs təklifini qəbul etməməsi üçün, Həmasa təziq göstərməkdə günahladırmışdı.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!