18 İyul, 2014
Baş nazirin nənəsi də vurulan təyyarədə olub

Malayziyanın baş naziri Nəcib Tun Razakın nənəsi Puan Şri Siti Amira Ukrayna səmasında vurulan “Boeing-777” təyyarəsinin sərnişinləri arasında olub. APA-nın xəbərinə görə, bu barədə Malayziyanın “The Star” qəzetinə ailənin üzvü Datin Farid Abdulla məlumat verib. O bildirib ki, 83 yaşlı Siti Amira Amsterdama ilk nikahdan olan qızının yanına gedibmiş. Hazırkı baş nazirin babası isə qadının ikinci həyat yoldaşı olub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!