18 İyul, 2014
Reynaldo: "Ayntraxt”a keçidimlə bağlı..." – MÜSAHİBƏ

“Qarabağ” klubunun Braziliyalı “vuran ayaq”ı Reynaldo Simsar.az-a özəl müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Qarabağ növbəti mərhələyə yüksəlsə, “Zalzburq”la oynayacaq. Püşkatmanı necə dəyərləndirirsiniz?

- Mən hələ ki,” Valetta” haqqında düşünürəm. “Valetta” səddini adlayandan sonra “Zalzburq” haqda da danışmaq  olar.

- Qarabağ azarkeşləri deyirdilər ki, Reynaldo “Valetta” ilə oyuna arxayın çıxmışdı və əvvəlki Reynaldoya bənzəmirdi. Belə bir arxayınlıq var idi?

-  Yox. Sadəcə mövsümdə ilk oyun idi. Həmçinin rəqib oyunçular məni çox sıxırdılar. Azarkeşlərə demək istərdim ki, narahat olmasınlar. Növbəti oyunlarda komandama qələbə qazandırmaq üçün əlimdən gələni edəcəm.

- Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Reynaldo Çempionıar Liqasında “Qarabağ”a kömək etdikdən sonra “Ayntraxt”a keçəcək. Bu nə dərəcədə doğru idi?

- Xarici kluba keçidimlə bağlı müəyyən məqamlar var idi. Ancaq mən klub rəhbərliyi ilə görüşdüm, baş məşqçi ilə məsləhətləşdim və qərarımı verdim – “Qarabağ”da xoşbəxtəm.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!