18 İyul, 2014
Qaynanasının evində arvadın öldürdü

Ailə-məişət münaqişəsi zəminində arvadı Elnarəyə bıçaqla xəsarətlər yetirən Talıb Heydərov hadisə yerindən qaçıb.

Simsar.az xəbər verir ki, Ucar rayonu Qaradağlar kənd sakini Həqiqət Şərbətəliyevanın evində, kürəkəni Talıb Heydərov ailə-məişət münaqişəsi zəminində arvadı Elnarəyə bıçaqla xəsarətlər yetirib. Talıb daha sonra hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən Elnarə isə orada dünyasını dəyişib.

Ucar RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!