29 Mart, 2011
Jurnalistlərin Forumu keçirilir

Tədbirə mətbaut şurasından Müşfiq Ələsgərli qatıldı

ADP-nin qərargahında Azərbaycan jurnalistlərinin bir qrupunun təşəbbüsü ilə çağırılmış Forum keçirilir. İclasa müxalifət partiyalarının rəhbərləri, müxalifət mətbuatının aparıcı jurnalistləri və baş redaktorları iştirak edib. Forumun işinə Mətbaut Şurası adından idarə heyətinin üzvü Müşfiq Ələsgərli də qatılıb. Toplantıda ölkədə mətbuatın vəziyyəti ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. 

Çıxış edənlər “Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyevin döyülmsəi faktını pisləyiblər və günahkarların tezliklə müəyyən edilməsini tələb ediblər. Media mənsubları jurnalistlərə qarşı fiziki zorakılıq faktlarının araşdırılmasını istəyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!