18 İyul, 2014
Prezident gəmi inşası zavodunun açılışında

İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodunun açılışında iştirak edib

Simsar.az xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxıb.

Sonra Prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış oldu, videoçarxa baxıb.

Dövlət başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış oldu, onun manevrlərini izləyib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!