18 İyul, 2014
Tanınmış türk vokalçısından konsert müjdəsi

Hazırada Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergünlə Hollandiyada birlikdə təhsil alan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq bir araya gəlib konsert verməyə hazırlaşır.

Bu barədə Simsar.az-a açıqlama verən Oya Ergün bildirb ki, onlar artıq verəcəkləri konsertin məşqlərinə başlayıblar: “ Mən musiqi təhsilimi, Cəmilə xanımla birlikdə Hollandiyada almışam. Elə olduki, mən Azərbaycana gəldim və biz burda görüşdük. Daha sonra Cəmilə xanımın burda bir konserti oldu məndə ora qonağ qismidə getdim mahnı oxudum. Daha sonra qərarə gəldik ki, ikimiz birlikdə konsert verək. Biz artıq məşqlərə başlamışıq. O, orqan ifaçısdır məndə opera ikimzdə konsertə çox səliqəli şəkildə hazırlaşırıq. Böyük etimal ki, konsertimiz avqust ayının əvvəlində baştutacaq”. Qeyd edək ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!