18 İyul, 2014
Fiziki çatışmazlığı olan abituriyentlər üçün - İLK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Simsar.az-ın məlumatlarına görə , bu barədə TQDK-da keçirilən mətbuat konfrası zamanı Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O, qeyd edib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada keçiriləcəkdir. İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb olunacaq: “"Ötən qəbul imtahanında 29 abituriyent imtahandan çıxarılıb. Onlar köçürməyə cəhd ediblər. Abituriyentlər imtahan qaydalarına əməl etməlidirlər. Bu il fiziki qüsurlü abituriyentlər üçün 1 saylı Asan Xidmət mərkəzində auditoriyalar təşkil edilib. Həmin əlil abituriyentlər orada imtahan verəcəklər.Onların əksəriyyəti əlil arabalarında olduqları üçün həmin abituriyentlər üçün Asan Xidmət Mərkəzində hər bir şərait yaradılıb.“

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!