29 Mart, 2011
Avropa Şurası baş katibinin nümayəndəsi Bakıya gəlir

O, sabahdan Azərbaycan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşəcək

Avropa Şurası baş katibinin Azərbaycandakı yeni xüsusi nümayəndəsi Konstantin Yerokostopulos bu gün axşam Bakıya gələcək.

APA-nın məlumatına görə, xüsusi nümayəndə sabahdan Azərbaycan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayacaq.

Xatırladaq ki, K. Yerokostopulos fevralın 16-da Azərbaycanda xüsusi nümayəndə təyin edilib. Bundan əvvəl o, Yunanıstanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsini icra edib, AŞ baş katibinin Serbiyadakı xüsusi nümayəndəsi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!