29 Mart, 2011
Qəddafidən məktub

Liviya lideri beynəlxalq birliyi soyqırım törətməkdə suçlayıb

Liviya prezidenti Müəmmər Qəddafi bu gün İngiltərənin paytaxtı Londonda toplanacaq qərb və ərəb dövlətlərinin liderlərinə məktub göndərib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi məktubunda Liviyaya yönəlik “barbarcasına” hücumun dayandırılmasını istəyib və beynəlxalq birliyi Liviyada soyqırım törətməkdə ittiham edib. 

Liviya prezidenti məktubunda Afrika Birliyi Təşkilatının istənilən qərarını qəbul edəcəyini bildirib.
Qeyd edək ki, keçən həftə Afrika Birliyindən bir heyət Tripoliyə gələrək böhranın həlli üçün yol xəritəsi müəyyənləşdirdiyini açıqlayıb, bu müddətdə hava əməliyyatlarının dayandırılmasını istəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!