17 İyul, 2014
Ərdoğan müsəlman dünyasına səsləndi - VİDEO

"Günahlandırmaqdan asan heç nə yoxdur. Qərbi günahlandıranlar ayılın, islam dünyası özü Qəzzada olanlara göz yumur".
ANS TV-nin məlumatına görə, islam dünyasına bu sərt mesajı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göndərib. O, 1948-ci ildən bəri İsrailin, xüsusən də müqəddəs Ramazan ayında Fələstində sistemli bir soyqrım apardığını söyləyib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ana qədər 220-dən artıq Qəzzalı günahsız insanlar həyatını itirib: “Hardasınız, ey islam dünyası, sizin canınız, ürəyiniz parçalanmırmı?. Bundan sonra deyirik ki, Qərb niyə susur. Sizlər Qərbi bir tərəfə qoyun. Əgər sən evin içindəkilərə sahib çıxmırsansa, qərb sahib çıxarmı?”.
Atəşkəs baş tutacaqmı? Misirin aradüzəldənliyi ilə sakitləşən ara, 6 saat sonra pozulmuşdu. İsrail tərəfi dedi ki, “Həmas”dır. “Həmas” isə dedi ki, İsrail pozdu. Az əvvəl İsrailin “Hares” qəzeti də sabah səhər saat 6-dan atəşkəs olacağını yazmışdı, amma bu xəbər də inkar edildi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!