29 Mart, 2011
Yəməndə ölənlərin sayı 150 nəfərə çatdı

Martın 28-də Yəməndə silah zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yəmən hökuməti məlumat yayıb. 

Xatırladaq ki, martın 27-də Caar şəhərinə silahlı qrup hücum edib. Yerli islamçı qruplaşma silah zavodunu talan edib və sonra ərazini tərk edib. Partlayışdan əvvəl isə yerli sakinlər zavodda qalan güllə ehtiyatlarını axtarırlarmış. Zavodda baş verən partlayış 15 kilometr kənarda da eşidilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!