17 İyul, 2014
Mikrosoftda böyük İXTİSAR

Microsoft korporasiyası 18 min əməkdaşını işdən çıxartmaq niyyətindədir. Bu isə şirkətdə çalışanların 14 faizi deməkdir.

Simsar.az-ın məlumatına görə, bu, şirkətin 39 illik tarixi ərzində ən genişmiqyaslı işçi çıxartmaq dalğası olacaq.

12500 iş yerinin ixtisarı Microsoft-un Nokianı almasından sonra yaranan ikili işlərin aradan qaldırılması ilə bağlıdır.

Aprel ayında Microsoftun Nokianı alması işçilərin sayını 25 min artırmışdı.

Qeyd edək ki, Microsoft Nokianı 7,2 milyard dollara almışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!