17 İyul, 2014
Təhsil Nazirliyindən müəllimlərlə bağlı hökumətə YENİ TƏKLİF

Təhsil Nazirliyi bölgə məktəblərinə müəllimlərin marağının artırılması və ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün təklilər hazırlayaraq hökumətə təqdim edib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, hazırda təkliflər hökumətdə baxılır. Onun sözlərinə görə, təkliflər müzakirə mərhələsində olduğuna görə konkret tədbirlər barədə məlumat vermək hələlik tezdir. Nazirlik rəsmisi qeyd edib ki, ötən stimullaşdırma tədbirləri ilə müqayisədə hökumətə təqdim edilən yeni təkliflərdə müəyyən fərqlər var.

“Yaxın vaxtlarda həmin təkliflərlə bağlı mövqe müəyyənləşəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə F. Qədirov vurğulayıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!