17 İyul, 2014
Amerikadan qayıdan prodüser Tolik mükafat aldı - FOTO

Simsar.Az xəbər verir ki, Azərbaycanın əsas prodüseri adını heç bir həmkarı ilə bölüşməyən Tarix Əliyev (Tolik) Amerika səfərini başa vurub vətənə qayıdan kimi fəxri mükafata layiq görülüb.

Əməkdaşımızla söhbətində Tolik,  ona dəyər verənlərə belə təşəkkür etdi:

"Vətənə bu gün qayıtdım, gəlməyimdən bir neçə saat sonra  mükafatlandırıldım.

Allahıma çox şükür olsun ki, gördüyüm işlərə qiymət verilir.

Baxmayaraq ki, həmkarlarım məni bəyənməsə də (özləri heç nə etməsələr də) "Qafqaz Media ictimai birliyi Milli Mətbuatın yaranmasının 139-cu ili münasibəti ilə "İlin ən yaxşı prodüseri" nominasiyasında məni seçdi.

"BEST of the BEST" olmaq üçün 5 prodüserin adı çəkilsə də qalib mən oldum.

Təşkilatçılara çox sağolumu bildirirəm ki, başda millət vəkili Qənirə xanım Paşayeva olmaqla mükafatlandırılan sənət insanları - İlhamə Quliyeva, Tünzalə Agayeva,   Elza Seyidcahan və başqalarının adları olan siyahı da mənim də adım işgüzar prodüser kimi yer aldı. Bu kimi mükafatlar məni yeni layihələr gerçəkləşdirməyə sövq edir. Mən hər zaman bu etimadı doğrultmağa çalışacağam".

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!