29 Mart, 2011
Suriya hökuməti istefa verir

Suriya hökuməti bu gün istefaya gedəcək

APA-nın məlumatına görə, bu barədə mətbuata hökumətdəki mənbələr məlumat veriblər.

Mənbə bildirib ki, yeni hökumətin tərkibi bu gün elan olunacaq. Dünən ölkənin vitse-prezidenti Faruk Şara dövlət başçısı Bəşər Əsədin mühüm qərarları açıqlayacağını bildirmişdi. Xatırladaq ki, Suriya rəhbərliyi ciddi islahatlara başlamaq qərarını ötən həftə qəbul edib. İslahatlara çoxpartiyalı sistemin tətbiq olunması, kütləvi informasiya vasitələri haqqında yeni qanunun qəbulu, məhkəmə sisteminin yenidən qurulması, korrupsiyaya qarşı sərt mübarizə daxildir.

Prezident Bəşər Əsədin bu gün həmçinin ölkədə 48 ildir davam edən fövqəladə vəziyyət rejimini ləğv edəcəyi də gözlənilir. Artıq hakimiyyət bununla bağlı praktiki addımlar atmağa başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!