17 İyul, 2014
UEFA Türkiyə klubları ilə bağlı qərar verəcək

Qurumun gün ərzində Türkiyə Futbol Federasiyası, eləcə də, “Fənərbaxça” və “Trabzonspor” klubları ilə bağlı qərarını açıqlayacağı gözlənilir.

Simsar.az xəbər verir ki, “Tranzonspor” və “Fənərbaxça” klubları tərəfindən ünvanlanmış şikayətlərlə bağlı UEFA erkən qərar verə bilər. Belə ki, sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatması keçiriləcəyindən qurum şikayətlərə mərasimə qədər baxmaq niyyətindədir.

Xatırladaq ki, “Trabzonspor” Türkiyə Futbol Federasiyasını “Fənərbaxça” klubunun çempionluq kubokunu əlindən almamasında günahlandırır. Əvəzində isə İstanbul klubu “Sivasspor” prezidenti Mecnun Odyakmazın “Trabzonspor”un onlara təşfiq mükafatı təklif etdiyini əsas gətirərək Qara Dəniz təmsilçisini UEFA-ya şikayət edib.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!