17 İyul, 2014
Anjey Kaspşik Stepanakertə niyə gedib?

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik çərşənbə günü (16 iyul) tanınmamış “Dağlıq Qarabağ” Respublikasının prezidenti, Bako Saakyan ilə görüşüb və Stepanakertdə olub.

Simsar.az commonspace.eu istinala xəbər verir ki, bu barədə “DQR” rəhbərliyinin saytına məlumat dərc edilib.

Bildirilir ki, görüş zamanı münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqların hazırkı mərhələsinə dair məsələləri və onun perspektivləri, eləcə də qoşunların təmas xəttində vəziyyət müzakirə olunub.

Sayt onu da əlavə edib ki,  Bako Saakyan rəsmi Bakının vasitəçi dövlətlərin səylərinə baxmayaraq “DQR” ərazisi daha bir təxribat xarakterli terror aktı ilə danışıqlar prosesinə ciddi zərbə vurduğunu deyib: “Hesab edirəm ki, Azərbaycanın diversiya qrupunun son müdaxiləsi Beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilməlidir.”

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!