29 Mart, 2011
Bakıda elektrovoz yandı

Bakının Nərimanov rayonunda elektrovozda yanğın olub

Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Keşlə dəmir yol stansiyasının 2-ci baş yolunda Dəmir yol idarəsinə məxsus "VL-81374" tipli elektrovozun maşinist kabinəsində meydana gəlib. Elektrovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının səbəbləri məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!