17 İyul, 2014
Telman Adıgözəlovun doğum günüdür

Bu gün sevimi aktyor, adı belə gələndə dodaqlara təbəssüm qonan Telman Adıgözəlovun doğum günüdür.

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

Aktyor 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Xalqın sevimlisi, gülüş ustası Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib. Bir qızı, bir oğlu var.

Aktyorun Filmoqrafiyası

1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)

777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)

Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film)-rol: Camal, dublyaj: Camal

Arşınmalçı (film, 1985)

Bakı oğrusu (film, 1997)

Bir nömrəli... (film, 1980)

Çətirimiz buludlardır (film, 1976)

Diplomlu mütəxəssis (film, 1974)

Dörd bazar günü (film, 1975)

Evləri göydələn yar (film, 2010)

Evləri köndələn yar (film, 1982)

Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)

Xatirələr sahili (film, 1972)

Günaydın, mələyim! (film, 2008)

İmtahan (film, 1982)

Kölgədə 40 dərəcə isti (film, 1987)

Ordan-burdan (film, 1987)

QAZ (film, 2005)

Qırmızı qatar (film, 1993)

Qurama (film, 1995)

Məşədi İbad-94 (film, 2005)

Mühazirə (film, 1986)

Nəsimi (film, 1973)

Nigarançılıq (film, 1998)

Sürpriz (film, 1977)

Yarımştat (film, 1996)

Yaşıl eynəkli adam (film, 1987)

Yol əhvalatı (film, 1980)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!