29 Mart, 2011
Liviya qiyamçılarının komandirindən şok etiraf

“Mən və döyüşçülərim “əl-Qadə”nin üzvləriyik”

Liviyada qiyamçı komandirlərdən biri, koalisiya qüvvələrinin hava dəstəyi ilə prezident Müəmmər Qəddafiyə qarşı döyüşən Abdel Hakim əl-Xasidi şok etiraf edib. Simsar.az-ın verdiyi məlumata görə, Abdel Hakim əl-Xasidi İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində deyib ki, o, ABŞ İraqa müdaxilə edəndən sonra Liviyanın Derna şəhərində 25 nəfərlə birgə “əl-Qaidə” terror təşkilatının sıralarında döyüşmək üçün bu ölkəyə yollanıb. 


Abdel Hakim əl-Xasidi bir il sonra amerikalılara əsir düşüb. Amerikalılar sonradan Abdel Hakim əl-Xasidi tərbiyə olunması üçün Liviya hökumətin təhvil verib və o, 2008-ci ildə azadlığa buraxılıb. Hazırda Abdel Hakim əl-Xasidi və keçmiş döyüşçülərin əksəriyyəti qiyamçıların cərgəsində Müəmmər Qəddafiyə qarşı döyüşür: “Mən və döyüşçülərim “əl-Qadə”nin üzvləriyik. Biz və “əl-Qaidə”nin digər üzvləri də xeyirxah müsəlmanlardır. Bu insanlar xarici müdaxiləyə qarşı döyüşürlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!