29 Mart, 2011
Uşaq təpəgöz doğuldu -ŞOK

Hindistanda doğulan körpə cəmi 1 gün yaşayıb

Bu günlərdə Hindistanda sifətinin ortasında cəmi 1 gözü olan uşaq doğulub. Simsar.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bədbəxt körpənin burnu belə olmayıb.

Çox nadir xəstəliklə doğulan uşağın anası, 34 yaşlı Vienn Çavanın 8 yaşlı qızı var və o, tamamilə sağlamdır. Hamiləliyin 32-ci həftəsində Viena USM-dən (ultrasəs müayinəsi) keçəndə həkimlər “hidrosefaliya” diaqnozu qoyublar. Amma onlar körpədə çox nadir “təpəgözlük” xəstəliyinin olduğunu ağıllarına belə gətirmirlərmiş.

Bu xəstəlik zamanı göz almacıqları tam və ya qismən birləşir və adətən bir göz yuvasında yerləşir. Xəstəliyə irsi faktorlar, mutasiya və ya hamiləlik dövründə ananın və dölün zəhərlənməsi səbəb ola bilər.

Körpə cəmi bir gün yaşayıb və ertəsi gün ölüb. Maraqlıdır ki, təpəgözlüyə təkcə insanlar arasında deyil, heyvanlar arasında da rast gəlinir. Məsələn, 6 il əvvəl ABŞ-da da təpəgöz pişik doğulub. Pişik balası da cəmi 1 gün yaşayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!