16 İyul, 2014
Daha bir xidmət elektronlaşdırıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektronlaşdırılan xidmətlərinin siyahısına yenisi əlavə edilib.

Yeni elektronlaşdırılan “CDMA şəbəkəsinə qoşulma” xidməti “Elektron hökumət” portalı üzərindən təqdim olunacaq.

Simsar.az xəbər verir ki, sözügedən xidmət vasitəsilə vətəndaşlara CDMA simsiz rabitə xidməti şəbəkəsinə qoşulma üçün elektron qaydada rahat və asan şəkildə müraciət etmək imkanı yaradılıb.

Bununla da RYTN-in “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 34-ə çatdırılıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!