29 Mart, 2011
ANAR DAHA AYB SƏDRİ OLMAYACAQ

Növbəti qurultayda onun yerinə seçilə biləcək adamın adı bəllidir

Bu ilin aprel-may aylarında keçiriləcyi gözlənilən Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayında sürpriz hadisələrin yaşanacağı barədə informasiya əldə etmişik. 
Adının çəkilməsini istəməyən AYB üzvü Simsar.az-ın əməkdaşı ilə söhbətində qurumun rəhbər vəzifələrinə yeni adamların gətiriləcəyini əminliklə söyləyib.
Onun sözlərinə görə, növbəti qurultayda AYB sədri Anar Rzayev sədr postuna namizədliyini irəli sürməyəcək.
AYB sədrliyinə iddialı yazarlar sırasında iki şəxsin adının xüsusi çəkildiyini deyən mənbə katiblər Rəşad Məcid və Çingiz Abdullayevin seçkidə bir-birinə nativ ola biləcəyini də söyləyib.
Simsar.az əməkdaşının tanınmış bəzi AYB üzvləri ilə şifahi olaraq keçirdiyi sorğudan isə belə məlum olub ki, əksəriyyət AYB sədrliyinə Çingiz Abdullayevin seçilməsini arzulayır.

Aylin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!