16 İyul, 2014
Səhiyyə Nazirliyi: “Ana ölümlərinə görə 13 həkim işdən çıxarılıb”

“Bu ilin iyul ayına qədər  Azərbaycanda doğuş zamanı ana ölümündə səhvi olan  42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub”. Bunu Simsar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, 2014 cü ilin iyun ayına qədər 14 ana ölümü hadisəsi baş verib. Bildirib ki, iyul ayında daha 2 ananın ölüm səbəbləri doğuşa yardım komissiyası və  tibbi ekspertiza  tərəfindən araşdırılır. “Burada xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və bu kimi digər məsələlərlə bağlı müəyyən yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir”.

Sonda A. Qədirli vurğulayıb ki, ümumilikdə, ana ölümlərinin səbəbləri əsasən onların səhhətindəki qüsurlarla bağlı olur.

 

Aysel Kərimova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!