16 İyul, 2014
Qənirə Paşayeva at belində - Fotolar

Millət vəkili Qənirə Paşayeva atlara olan sevgisindən yazıb.

Simsar.az xəbər verir ki, millət vəkili eyni zamanda at belində çəkdirdiyi şəklini də facebook hesabında paylaşıb. “Onlar ən yaxşı dostlardan biri ola bilir. Söhbət edə bilirsiniz. Bəzən sizi hətta bəzi insanlardan da yaxşı anlayır. Hətta acı, kədər,mutluluğunuzu belə həmin dəqiqə hiss edir və paylaşır. Atlar çox həssasdır və yaxşı dostdur. İnsana hüzur verir. Heyvanlara qarşı qəddar, acımasız hərəkət edən insanlara qarşı hər zaman barışmaz olmuşam. Heyvanlara qarşı qəddar olanların insana sevgisinə inanmaram heç zaman. Atlar isə sevgini o dəqiqə hiss edir və hərəkətləri ilə bunu hiss etdiyini sizə anladır, qarşılıq verir. Bunu görmək istəyirsinizsə gözlərinə baxın sadəcə. Heyvanlara qarşı bütün qəddarlıqlara, amansızlıqlara, bunu törədənlərə qarşı qınaq dolu olmalıyıq hər zaman. Bu gün ona yeni bir ad da qoydum”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!