29 Mart, 2011
Yunanıstan prezidenti Azərbaycana gələcək

Karolos Papulias aprelin 4-də Azərbaycana rəsmi səfərə gələcək

APA-nın məlumatına görə, 3 gün davam edəcək səfər prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşir. Yunanıstan prezidentini səfərdə xarici işlər naziri Dimitrios Droutsas, dəniz işləri, adalar və balıqçılıq naziri Yannis Diamantidis, ətraf mühit, energetika və iqlim dəyişiklikləri naziri İoannis Maniatis müşayiət edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!