15 İyul, 2014
Moskva metrosunda zərər çəkən ermənilər

Moskva metrosunda zərər çəkənlər arasında azərbaycanlı yoxdur.

Simsar.az-ın məlumatına görə, 21 nəfərin öldüyü və 163 nəfərin yaralandığı qəzada iki nəfər erməni ciddi zədə alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan biri - 20 yaşlı Meri Aşotovna Koçaryanın onurğası qırılıb və başından qapalı zədə alıb. Həddindən ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

İkinci erməni 23 yaşlı Anna Oleqovna Bulqadaryan da reanimasiyaya yerləşdirilib və vəziyyəti orta ağırdır.

Qeyd edək ki, qatarın relsdən çıxması hadisəsi bu gün saat 08:35-də baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!