15 İyul, 2014
Ermənistanın təzə kuratoru

Rusiyanın tanınmış jurnalisti, Rusiya Dövlət Tele Radio Şirkətinin baş direktorunun müavini Dmitri Kisilyovun Ermənistana ay ərzində ikinci dəfə gəlişi yenidən ajiotaj doğurub.

Simsar.az-ın məlumatına görə, erməni mətbuatı Kisilyovun Ermənistana gəlişindən şübhələnib. Erməni şərhçisi Naira Ayrumyan bu gün dərc etdirdiyi məqaləsində Kisilyovun payızda birdəfəlik Ermənistana yerləşəcəyini bildirir: “Payızda Putinin reytinqi düşəcək. Bu, məhz onun təbliğatında yaşanan böhranla bağlıdır. Ola bilər ki, Putinə Kisilyovu daha əlverişli adamla əvəz etmək məsləhət görüləcək. Onda yəqin ki, Kisilyov Ermənistana gələcək. Belə görünür ki, məhz o, Ermənistanın kuratoru təyin edilib", - deyə şərhçi vurğulayır.

Məqalədən aydınca görünür ki, şərhçi Ermənistanı Rusiyanın müstəmləkəsi sayır. Hər halda, kurator, prokurator kəlmələri hələ Roma imperiyası zamanından müstəmləkələrlə bağlı işlədilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!