15 İyul, 2014
Müğənni Elçin Cəfərov hücuma məruz qaldı - VİDEO - FOTOLAR

Simsar.Az xəbər verir ki, bugün tanınmış estrada müğənnisi Elçin Cəfərov fanatları üçün imza günü keçirib.

Park Bulvarda baş tutan görüş son günlər hit paradlarda yerini tutan "Dilimin ucunda" mahnısının piarı ilə əlaqəli idi.

Elçinin PR meneceri, tanınmış radio-dj Kazım Sübhan Bağırovun təşəbbüsü ilə keçirilən tədbiri jurnalist Şahin Cavadsoy idarə edib.

Gözüyolda qalan fanatlar sevimli müğənnilərini görüncə ona sözün yaxşı mənasında hücub ediblər.

Səbr göstərən Elçin,  şəkillərinin əks olduğu buklet və mahnının yer aldığı diskin üzərinə imzalar ataraq pərəstişkarlarını sevindirib.

Səbəbkar həmçinin heyranları ilə ayrı ayrılıqda fotolar çəkdirməyə də vaxt ayırdı.

Səmimi ab-havada keçən görüş daha sonra media mənsubları ilə davam etdi.

Məlumunuz olsun ki, sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərovun özünə məxsus olan mahnıya tezliklə klip də çəkiləcək.

Simsar.Az sözügedən mahnını və tədbirdən çəkilən fotoları oxucularna təqdim edir.

Rövşən İlknuri

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!