15 İyul, 2014
Dövlət Komissiyasından kəlbəcərlilərlə bağlı açıqlama

Son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və foto materiallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürülmələri barədə süjet yayımlanan Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Simsar.az-ın xəbərinə görə, Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib.

Komissiyadan “AzərTAc”a bildirilib ki, hazırda video və foto materiallarda yayımlanan vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!