15 İyul, 2014
“Qəbələ” “AZ Alkmaar”a qarşı

Təlim-məşq toplanışı üçün ötən gün Hollandiyaya yollanan “Qəbələ”nin həmin ölkədə yoxlama görüşü çərçivəsində qarşılaşacağı ilk rəqib müəyyənləşib. Simsar.az azerisport.az-a istinadən  xəbər verir ki, “qırmızı-qaralar” Hollandiyanın yüksək liqasında çıxış edən “Alkmaar” klubu ilə qarşılaşacaq.

Qarşılaşma iyulun 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "AZ Alkmaar"a Hollandiya futbolunun canlı əfsanələrindən olan Marko Van Basten rəhbərlik edir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!