15 İyul, 2014
Balaca rəssamımız Roma Rəssamlıq Akademiyasına dəvət aldı

Roma Rəssamlıq Akademiyası (RRA) azərbaycanlı gənc və istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığına hörmət əlaməti olaraq ona fəxri dəvət məktubu göndərib.

Bu haqda Simsar.az-a məlumat verən Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərov bildirib ki, M.Ələkbərli öz yaradıcılığı və istedadı ilə Avropada, xüsusən də İtaliyada incəsənət elitasının diqqət mərkəzindədir. Onun yaradıcılığı barədə çoxlu italyan sənətkar və sənətşünasları öz fikirlərini bildiriblər.

Məhz bütün bunların nəticəsidir ki, Məryəm Ələkbərli italyan rəngkarlıq məktəbinin professional rəngkarlıq sinfinə dəvət alıb. Bundan əlavə İtaliyanın məşhur sənətşünası, eləcə də RRA-nın şöbə müdiri Caterina Tomeo M.Ələkbərlinin sənətini yaxından izləyir və onun sənətinin vurğunu olaraq sərgisinin təşkilinə hazırlaşır.

M.Ələkbərli Roma Rəssamlıq Akademiyasından dəvət alan ilk azərbaycanlı rəssamdır. Bundan əlavə İtaliyanın ən yaşlı və məşhur sənət mütəxəssislərindən olan C.Tomeo İtaliya Mədəniyyət Assosiasiyasının prezidenti Anni Baldissera M.Ələkbərli yaradıcılığı barədə fikirlərini yazıb göndərib. A.Baldissera Məryəm Ələkbərlini Romanın mərkəzində yerləşən qalereyasına dəvət edib və onun sərgisini keçirmək istədiyini bildirib. Öz növbəsində M.Ələkbərli barəsində braziliyalı məşhur rəssam Fabrizio del Arno və moldovalı rəssam İqor Savo da öz fikirlərini bölüşüblər.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!