29 Mart, 2011
Bakıda korrupsiya forumu

Forumun keçirilməsinə Soros Fondu maliyyə ayırır

Sülh və Demokratiya İnstitutu, Kür Vətəndaş Cəmiyyəti Qərargahı, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı, Azad İqtisadiyyata Yardım Mərkəzi və vəkil Fuad Ağayevin təşəbbüsü ilə aprelin 20-də Landmark otelinin Rotunda zalında "Mülkiyyət hüquqlarının kütləvi pozulması və korrupsiya" forumu təşkil olanacaq. 

Foruma yüzdən artıq QHT nümayəndəsi, dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər, blogerlər, gənclər təşkilatlarının rəhbərləri, vəkillər və mülkiyyət hüququ pozulan şəxslər dəvət ediləcəklər. Forumda həmçinin dövlət qurumlarına müvafiq müraciətin imzalanması gözlənilir. Forum 3 saat davam edəcək, sinxron ingilis dilinə tərcümə olunacaq.

Forum Milli Demokratiya İnstitutunun dəstəyi və Soros Fondunun maliyyəsilə həyata keçirilən "Mülkiyyət hüquqlarının müdafiəsi" layihəsi çərçivəsində gerçəkləşəcək.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!