15 İyul, 2014
73 nəfər işdən qovulub – RƏSMİ

Bu ilin 6 ayı ərzində gigiyena qaydalarını pozan 73 nəfər işdən kənarlaşdırılıb

“Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin 6 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 291 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub”.Bunu Simsar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena Epidemologiya şöbəsinin rəhbəri İmran Abdullayev deyib. İ.Abdullayev deyib ki, GEM-in təklifi ilə 76 obyektin istismarı dayandırılıb, 73 nəfərin işdən müvəqqəti kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib. Araşdırma aparmaq üçün istintaq orqanlarına 57 iş verilib.

“Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə bu ilin 6 ayı ərzində 2482, mikrobioloji göstəricilərinə görə 2635, toksikoloji göstəricilərinə görə 617, radioloji göstəricilərinə görə 79, yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 54-də orqanoleptik və fiziki-kimyəvi, 14-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub”.

Həmçinin, Nazirlik rəsmisi şadlıq evlərindən 7246 yaxma nümunəsi götürüldüyünü, 85 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edildiyini bildirib.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!