29 Mart, 2011
Umarov öldürüldü?

Rusiya təyyarələri terrorçuların bazasına nöqtə zərbəsi endirib

İnquşetiyada keçirilən xüsusi əməliyyatda öldürülən terrorçular arasında silahlı mücahidlərin lideri Doku Umarov da ola bilər.
“Kommersant” qəzetinin yaydığı məlumata görə, dünən Rusiya Hərbi Hava Qüvvələri terrorçuların bazasına nöqtə zərbəsi endiriblər. Rəsmi qurumlar zərbə nəticəsində 17 terrorçunun öldürüldüyünü açıqlayıb. Ölən terrorçuların şəxsiyyəti hələ dəqiqləşməyib. Ölənlər arasında “İmarat Qafqaz”ın lideri Doku Umarov və kamikadzelərin hazırlığına məsul şəxs Aslan Byutukayevin də ola biləcəyi ehtimal edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!