14 İyul, 2014
"Mercedes" yandı

"Mercedes" markalı minik avtomobili yanıb.

Simsar.az-ın məlumatına görə, hadisə Göygöl rayonunda baş verib.

Belə ki, rayon mərkəzindən 10 km aralıda yerləşən Qızılca kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsində elektrik kabelləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!