14 İyul, 2014
Klublarımızın rəqiblərinin müəyyənləşəcəyi püşkünün VAXTI

2014/2015 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının III təsnifat mərhələlərinin püşkünün vaxtı açıqlanıb.

Simsar.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, adəti üzrə ilk öncə Çempionlar Liqasının püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi iyulun 18-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk zamanı Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.

Həmin gün saat 16:00-da isə Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Burada ölkəmizin iki klubu - "İnter" və "Neftçi"nin III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinə yüksəlmək üçün "Qarabağ" Çempionlar Liqasındakı ilk rəqibi "Valletta"nı (Malta), Avroliqada isə "İnter" "Elfsborq"u (İsveç) və "Neftçi" "Koper" (Sloveniya) klubunu mübarizədən kənarlaşdırmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!