14 İyul, 2014
Ərdoğan İhsanoğlunun hədiyyəsini geri qaytardı

Rəcəb Tayyib Ərdoğanın vəkili Əli Özkaya, Ekmələddin İhsanoğlunun baş nazirə göndərdiyi hədiyyənin qaytarıldığını açıqlayıb.

Prezidentliyə namizəd və Baş nazir Rəcəb Tayyib Ərdoğanın, seçki işləri üçün açılan dəstək hesabına prezidentliyə namizəd Ekmələddin İhsanoğlundan gələn 1000 lirəlik qrantın sahibinə qaytarıldığı bildirilib.

R.T.Ərdoğanın vəkili Əli Özkaya açıqlamasında bildirib:

"Hörmətli Baş nazirimizin göstərişinə əsasən Prezident seçki hesabına daxil edilməyən bu hədiyyə, təşəkkür edilərək, hörmətli İhsanoğluna təhvil verilib".

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!