14 İyul, 2014
Yanukoviç Avopa Birliyini məhkəməyə verdi

Hazırda Rusiyada mühacir həyatı yaşayan Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Avropa Birliyini məhkəməyə verib.

Simsar.az Rusiya mətbuatına istinadən xəbət verir ki, Yanukoviç özünün və övladlarının mülkiyyətinə qoyulan qadağanın ləğv olunmasını tələb edir.

Analoji iddia ilə Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov da çıxış edib.

Qeyd edək ki, bu ilin martında Avropa Birliyi 18 Ukrayna vətəndaşının, o cümlədən Yanukoviçin və oğullarının adını sanksiyalar siyahısına salıb.

Bundan öncə, İsveçrənin federal prokurorluğu Yanukoviçin və yaxın çevrəsinin 170 milyon isveçrə frankı, yaxud 193 milyon dolları məbləğində bank vəsaitinin dondurulduğunu açıqlayıb.

Ümumiyyətlə,Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski eks-prezidentin hakimiyyəti dövründə ölkədən 100 milyard dollar vəsait oğurladığını iddia etmişdi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!