14 İyul, 2014
Boyat xörəyə görə cinayətə 14 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli biıinən 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədovun məhkəmə prosesi yekunlaşıb.

Simsar.az. saytının verdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə görə, Ə.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ər-arvad arasında mübahisə yemək üstündə yaranıb. Günel Məmmədovanın ərinə boyat xörək verməsi ailədaxili münaqişəyə səbəb olub. Yaranmış vəziyyətdən hirslənən ər həyat yoldaşını döyüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!