14 İyul, 2014
Sənətçimiz Türkiyədə tamaşa hazırlayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyə Cumhuriyyətindən dəvət alıb.

Dəvət məktubu Türkiyə Cumhuriyyəti Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

Istedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq.

Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyə Cumhuriyyətinə yola düşəcək.

Məlumat üçün bildirək ki, 30 illik tarixə malik Antaliya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak edib.

Günel

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!